"Kontakt Home" un qarşısındakı tumbalar artıq bir neçə dəfədir ki..... – ŞİKAYƏT - FOTO

"Kontakt Home"un "Xalqlar Dostluğu" filialının qarşısındakı tumbalar artıq bir neçə dəfədir ki, sökülüb və bərpa edilib. Avtosfer.az xəbər verir ki, 99-KO-744 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil səkiyə park edilib. İzləyicinin göndərdiyi fotodan görünür ki, səkidəki tumbalar yenə də əksikdir və səkinin bir hissəsində yenə maşın saxlanılır. Piyadalar isə avtobus zolağına çıxır.
Paylaşılan fotonun altında “Nə qədər maşın yoluna çıxıb təhlükə ilə üzləşmək olar?" – deyə piyada sual ünvanlayıb.
“Kontakt Home” məsələyə aydınlıq gətirərək bu halın onlarla heç bir əlaqəsi olmadığı bildirilib: “Məlumat üçün bildirək ki, daha öncə “Kontakt Home” "Xalqlar Dostluğu" mağazasının önündə yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə avtomobilin dirəklərə çırpılması nəticəsində dirəklər yararsız hala düşüb və kəsilib.
Hazırda da bu halın “Kontakt Home” mağazalar şəbəkəsi ilə əlaqəsi yoxdur”.
Hər nə olursa olsun piyadaların yolunu kəsmək və onları təhlükəyə atmaq qanunlara ziddir. “Hyundai” markalı avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsinə görə məsuliyyətə cəlb edilə bilər.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO













