“Koroğlu”da yeni stansiya inşa ediləcək – Nəqliyyat Mübadilə Mərkəzi sökülə bilər? – VİDEO

Bir neçə ildir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin inşa etdirdiyi Nəqliyyat Mübadilə Mərkəzi var. Burada sərnişinlərin avtobuslara minib-düşməsi rahatlaşdırılıb və mərkəzləşdirilib.
Avtosfer.az-ın məlumatına görə, yaxın vaxtlarda “Koroğlu” metrosunun genişləndirilməsi nəzərdə tutulur ki, bu zamanı həmin mərkəzin sökülməsi baş verəcək.
Avtosfer.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, stansiyaların yeri konseptual inkişaf sxemi təsdiq olunduqdan sonra əsas istiqamətlər üzrə bəllidir. Xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər üç yeni stansiyanın inşası nəzərdə tutulub: “Sizin genişləndirmə dediyiniz də məhz yaşıl xətt üzərində “Koroğlu”ya keçid olacaq bir stansiyanın inşasını nəzərdə tutur. Layihə əsasında həmin stansiyanın yeri bu gün “Koroğlu” stansiyasının üzərində olan Nəqliyyat Mübadilə Mərkəzinə düşür. Lakin onu xüsusi qeyd edim ki, real layihələrin həyata keçirilməsinə başlandıqda stansiyanın yeri ilə bağlı dəqiqləşmə işləri aparılacaq. Bu məsələyə qarşıdakı dövrdə baxılacaq. Amma tam razıyam ki, “Koroğlu NMM”in yerləşmə yeri təxminən həmin stansiyanın inşaat meydançasına düşür. Narahat olmağa ehtiyyac yoxdur. Qarşıdakı yeni inşaat prosesi başlanan dövrdə bu məsələ müsbət həllini tapacaq. Bundan hər hansı bir ictimai nəqliyyatdan istifadə edən insanlar zərər görməyəcək”.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












