Kürdəmirdə atasının ölümünə səbəb olan sürücü qazi imiş - VİDEO

Dünən Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, "Mercedes" markalı minik maşınının sürücüsü, Ucar rayon sakini 21 yaşlı İbrahimov Taleh Şamil oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan sürücünün atası dünyasını dəyişib, anası isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumatan görə 21 yaşlı Taleh İbrahimov Vətən Müharibəsi iştirakçısı olub və qazidir. Qəzada xəsarət alan anasının verdiyi məlumata görə T.İbrahimov yolda hərəkət edən digər qazi yoldaşı ilə “yarışırmış”. Bu zaman da idarəetməni itirərərək qəza törədib və atasının ölümünə, anasının xəsarət almasına səbəb olub.
Bir daha qeyd edirik ki, sürücülər yollarda diqqətli olmalı və qaydalara riaəyət eməlidir. Çünki ani bir səhv bu hadisədə olduğu kimi bir ailənin faciəsi ilə nəticələnir. İndi qazi Taleh İbrahimov bir ömür atasının ölümündə özünü günahlandıraraq mənəvi əzab çəkəcək.
Leyla
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












