Kuryerlərin çox sifariş icra etmək istəyi yollarda ÖLÜM HALLARINI ARTIRIB - VİDEO

Yollarda qaydaları kobud şəkildə pozan bəzi motosiklet və moped sürcüləri ağır qəzalara səbəb olurlar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında motosiklet və moped sürücüləri tərəfindən törədilən qayda pozuntularını təhlil edib.
Mərkəzin ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri kuryer kimi çalışan sürücülərin sifarişləri ünvana daha tez çatdırmaq istəməsidir.
Cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.
Ömər Xıdırov qeyd edib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalarda ölüm halları da qaçılmaz olur.
Qeyd edək ki qaydaları pozan motosiklet və moped sürücülərinə qarşı 40 manat cərimə tətbiq edilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












