Lökbatan dairəsindəki xaos bitdi? - Vəziyyət indi necədir? - VİDEO

Bir neçə həftə əvvəl AYNA, DYP və digər qurumlar Lökbatan dairəsindəki xaosu aradan qaldırmaq üçün hərəkətə keçdi. İlk baxışdan nəticə qənaətbəxş oldu: Körpünün ətrafındakı xaos aradan qalxdı, hərəkət asanlaşdı. Amma...
2 gün əvvəl rayona getmək istəyərkən rastlaşdığım bəzi problemlər barədə qeyd etmək istəyirəm. Konkret olaraq, cənub bölgəsinə gedən avtobuslar demək olar eyni qayda ilə hərəkət edir, sadəcə olaraq dayanma yeri Binə Ticarət Mərkəzinin qarşısına keçirilib. Bura qədəri əla.
İşin digər tərəfi Qərb bölgəsinə gedən maşınların yığışdırılmasıdır. Bu hal mənim üçün sürpriz oldu. Amma vəziyyət başqa imiş. Sən demə orda-burda gizlənən maşınlar bir qədər fərqli qaydada “xidmət göstərir”.
İş mexanizmi də çox sadədir: ora-bura gəzişən “konduktorlar” sərnişindən hara getdiyini soruşur. Qərb bölgəsinə gedənləri Binə Ticarət Mərkəzinin ərazisində gizlənən mikroavtobuslara dəvət edir. Lakin bunu sərnişinlərə və ya sürücülərə yaxşılıq kimi qavramaq sadəlövhlük olar. Sürücü hər sərnişin üçün konduktora 1 manat ödəyir. Sənədsiz-sübutsuz yığılan pulların taleyi ilə maraqlanmaq vergi orqanının vəzifəsidir.
Vəziyyətin belə olması Qaradağ və Səbail rayonlarından Qərb bölgəsinə gedənlərin işini çətinləşdirib.
Cənub avtovağzalına nəzarətin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda qanunsuz və gizli sərnişindaşımanın qarşısı alınmalıdır.
Vüqar Yaşaroğlu
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












