"Lukoil" sürücünün 10 litr yanacağını kəsdi: "Aparat səhv vurub..." - VİDEO
Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Lukoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində sürücü dələduzluqla üzləşib. Avtosfer.az xəbər verir ki, sürücü 50 manatlıq (50 litr) A92 markalı benzin şifariş verib. Operator pompanı çıxardıqdan sonra avtomobildən düşərək vurulan benzinin miqdarına baxıb. bu zaman isə maraqlı mənzərə ilə üzləşib. 50 manat müqabilində 40 litr benzin vurulub. Sürücü şikayət edərək rəhbərliyi çağırıb. Məlum olub ki, ödəniş 50 manat məbləğində hesaba otursa da nədənsə 40 litr benzin vurulub.
Benzin vuran aparatı "günahkar" çıxardan rəhbərlik sürücünün əlavə 10 litr benzinin vurulmasını təmin edib.
Qeyd edək ki, analoji hallarla sürücülər tez-tez qarşılaşır.
Orxan
Qeyd: Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə”layiihəsi çərçivəsində hazırlanıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












