Maşını gecədən blokun qarşısına atıb yolu kəsdi: "Vaxtım olanda gəlib götürəcəm" - VİDEO

Maşını binanın həyətində park edən sürücü insanların yolunu kəsib. Bu barədə bina sakinlərindən biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, 99-UA-077 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sentyabrın 16-da, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən binaların birinin blokunun qarşısında park edib. Oxucunun verdiyi məlumata görə, həmin sürücü bina sakinidir: "Sürücü maşını ayın 15-i axşamdan bu formada park edib. Komendant irad bildirsə də, o, buna əhəmiyyət verməyərək avtomobili blokun qarşısından götürməyib. Səhər qonşular zəng edib maşını oradan götürməyi tələb etdilər. Lakin sürücü onlara "vaxtım olanda gəlib götürəcəm" deyərək daha da qıcıq yaradıb. Sürücünün bu hərəkətinə görə həmin blokda yaşayan gənc ailələr uşaq arabasını çıxara bilməyiblər" - deyə oxucu bildirib.
Könül
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












