Narkotik maddə aludəçisi necə taksi fəaliyyəti ilə məşğul olur? - VİDEO

Son illər narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülər demək olar ki, tez-tez aşkarlanır. Polis tərəfindən aparılan yoxlamalar zamanı aşkar edilənlərin böyük əksəriyyətinin taksi sürücüsü olması təhlükənin nə qədər ciddi olduğundan xəbər verir.
Bəs bu cür ictimai xidmət sahəsində fəaliyyət göstərən sürücülərə kim nəzarət edir?
Özünü idarə edə bilməyənlərin avtomobil idarə etməsi sərnişinlərin həyatını təhlükə altında qoyur.
Bugünlərdə yayılan oxşar görüntülərin də araşdıllması nəticəsində müəyyən edilib ki, taksi sürücü narkotik maddənin təsiri altında olub.
Anlaqsız vəziyyətdə olan həmin sürücü çox çəkmədi ki, polis tərəfindən aşkar edilərək saxlanıldı.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ''Prius" markalı avtomobilin sürücüsü paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Qafarovun üzərindən də narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırmalarla sürücünün narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Bəs belə faktların qarşısını almaq üçün polis hansı qabağlayıcı tədbirlər görür?
Yaxud narkotik maddə aludəçisi necə taksi fəaliyyəti ilə məşğul olur?
Onların sağlamlıq vəziyyətinin normal olub olmamasına nəzarət edilirmi?
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, taksi şirkətkləri və sürücülərlə bu məsələ ilə bağlı mütəmadi profilaktik söhbətlər aparılır.
Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, ''Avtomobil nəqliyyatı'' haqqında qanunuda sürücünün reysqabağı tibbi müayinədən keçməsi şərti var. Yanvarın 1-dən etibarən bu qaydalara əməl etməyənlər aşkar edildikdə yol polisi tərəfindən cərimə olunacaqlar.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












