Ödənişli yolda qəzaların sayı artır - Radar quraşdırılacaq? - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda baş verən qəzaların sayı artır.
Qaydalara əməl edilmədiyindən bu ərazidə qəzaların sayı da hər keçən gün çoxalır.
Qeyd edək ki, həmin yolda qeydə alınan daha bir ağır yol-nəqliyyat hadisəsinin görünütləri yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə ötən ay olub.
Mövzu ilə bağlı danışan yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin yolda nişan qoyulub. Amma radarın olmaması ziddiyyət yaratmır. Ekspert hesab edir ki, burda sürücülər məsuliyyətli olmalıdır. Çünki ''Yol hərəkəti haqqında'' qanunun 50-ci maddəsində də var ki, ölkə daxilində magistral yollarda maksimal sürət saatda 110 km-dir.
Ekspert deyir ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində nəinki ödənişli, hətta adi yollarda da xüsusi texniki vasitələr və nişan bütün yollarda yoxdur. Amma buna baxmayaraq, sürücülər maksimal sürəti aşmırlar.
Bəs Azərbaycandakı ödənişli yolda sürət həddi artırıla bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, mütəmadi olaraq nəzarət proflaktiki tədbirlər həyata keçirilir. ''Təəssüflə bildiririk ki, bəzi sürücülər xəbərdarlıqlara və görülən tədbirlərə məhəl qoymurlar, qanunvericiliyin tələblərinə qeyri - ciddi yanaşırlar. Bu da sonda ağır faciələrin yaşanmasına səbəb olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomagistrallarda müəyyən olunmuş hərəkət sürət həddi aşılmamalıdir”.
O ki qaldı pullu yolda radarların quraşdırılmasına və sürət həddinin artırılmasına, İdarədən bu məsələyə münasibət bildirilmədi.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












