Bakıda yanğınsöndürən nəqliyyat vasitəsinə yol verən sürücü cərimələndi - VİDEO

Bakıda qaydanı zərurətdən pozan sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə cərimələnən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, 77-PK-260 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü avqustun 28-də, paytaxt küçələrinin birində svetoforun yaşıl işığının yanmasını gözləyən zaman arxadan operativ nəqliyyat vasitəsi gəlib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə məxsus operativ nəqliyyat vasitəsi gəldiyi üçün, svetoforun qarşısında dayanan "Mercedes"in sürücüsü stop xətti keçərək ona yol verməyə məcbur olub. Bu zaman yolayrıcına quraşdırılmış kamera vasitəsilə onun barəsində 40 manat məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, operativ nəqliyyat vasitələrinə yol verən zaman baş verən qayda pozuntularına görə sürücülər məsuliyyətə cəlb edilə bilməz.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sürücü tam qanuni şəkildə cərimə edilib: "Qeyd edim ki, operativ nəqliyyat vasitəsi gəlməmişdən öncə hər iki sürücü stop xətti keçərək yol hərəkəti qaydalarını pozublar. Onlar qayda pozduqdan sonra operativ nəqliyyat vasitəsi gəlib. Yəni törədilən qayda pozuntusu zərurətdən yaranmayıb. Bu səbəbdən də hər iki sürücü barədə inzibati məsuliyyət tədbirləri həyata keçirilib" - deyə Araz Əsgərli bildirib.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












