Polisdən "avtoşluq" edən sürücü barədə AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə avtoxuliqanlıq hərəkətləri edən sürücünün videosu yayılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, həmin görüntü ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən cari ilin aprel ayında müvafiq araşdırmalar aparmış və VAZ markalı avtomobilin sürücüsü Rufan Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunaraq məhkəməyə göndərilib. "Məhkəmənin qərarı ilə sürücü inzibitai qaydada həbs edilib. Bundan başqa bildirmək istəyirəm ki, sözügedən şöbənin əməkdaşları həm sürücülər həm də piyadalar haqqında mütəmadi olaraq monitorinq- profilaktiki tədbirlər həyata keçirir. Bir neçə müddət əvvəl çəkilmiş və barəsində qanuni tədbir görülmüş görüntüləri sosial şəbəkələrdə yenidən tirajlamaq Dövlət Yol Polisi əməkdaşlarının xidmətlərinə kölgə sala bilməz. Ona görə də vətəndaşları bu əməldən çəkinməyə çağırıram."
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












