Polisdən qaçmaq istəyən qarətçini itlər belə yaxaladı - VİDEO

Cənubi Afrikanın Kapskiy əyalətinin qərbində oğurluq edərək polisdən qaçan qarətçi, iki itin köməkliyi ilə yaxalanıb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 28-də Qansbaae şəhərinin Berqa küçəsində baş verib.
Ərazi üzrə polis idarəsinin nümayəndəsi Andre Traut söyləyib ki, əməkdaşları Berqa küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman, əlində oğurluq əşyalarla qaçan bir şübhəli görüblər. Təqib zamanı qarətçi bir evin damına çıxaraq qaçmağa çalışıb. Lakin evin həyətyanı sahəsində iki itin olduğunu görüb dayanıb. Bir müddət ora-bura baxan və çıxış yolu tapa bilməyən qarətçi polisin də gəldiyini görərək özünü həyətə atıb.
Bundan sonra itlər ona hücum çəkiblər. İtlərdən qaçaraq qurtulmaq istəyən qarətçi, bir az sonra heydən düşərək yerə uzanıb. Bunu görən ev sahibi itləri şübhəlidən uzaqlaşdırıb.
Daha sonra polislər onu qandallayaraq əvvəlcə xəstəxanaya sonra da şöbəyə aparıblar.
Cinayətkarın hakim qarşısına çıxarılacağı gözlənilir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












