Pullu yollar nə üçün lazımdır və qiymət necə hesablanacaq? - AÇIQLAMA - VİDEO

Avtosfer.az-ın “Gündəmlə bağlı” verlişinin növbəti buraxılışında ölkə daxilində pullu yolların istifadəyə verilməsi ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ətraflı açıqlama verib. Ekspert bu yollardan istifadənin məcburi olmadığını, lakin bu yolların sürücülər üçün daha təhlükəsiz, rahat və sürətli hərəkət üçün olduqca əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, qiymətlər hər avtomobil tipinə görə ayrı təyin edilib. Minik avtomobillərinin sürücüləri 129 km məsafəni 12, avtobus 10, yük maşını sürücüləri isə 25 manat ödəyərək bu yoldan istifadə edə bilərlər. “Ödənişli yoldan istifadə edərkən yol xərci ən azı 6-7 manat təşkil edir. Çünki yolu hamı axıra kimi getməyəcək. Qubaya, Qusara getmək üçün Gəndobda həmin yoldan çıxmaq lazımdır. Bu zaman ödəniləcək xərc 7 manatı keçmir. Lakin bu yoldan istifadə edərkən əmin olmaq olar ki, qarşınıza hər hansısa bir maneə çıxmaq ehtimalı yoxdur və ən əsası, hansısa yaşayış ərazisindən uzaq olursunuz”.
Daha ətraflı videoda:
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












