Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş - VİDEO - FOTO
Noyabrın 17-də Xəzər rayonunda baş verən dəhşətli qəzada ölən 4 nəfər Şamaxının Qızmeydan kəndində torpağa tapşırılıb. “Qafqazinfo”nun məlumatına görə, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - Hidayət Hümbətov və Vüqar Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.
Hadisə nəticədə H.Hümbətov və qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Hadisə zamanı maşında olan H.Hümbətovun həyat yoldaşı Reyhan Sədullayeva və 5 yaşlı Əli isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
H.Hümbətov ailə üzvləri ilə həmin gün qızıgilə qonaq gedirlərmiş. Bunu "Qafqazinfo"ya açıqlamasında H.Hümbətovun oğlu Rəhman Hümbətov deyib. Onun sözlərinə görə, qəza baş verəndən sonra “BMW”in sürücüsü tərəfindən heç kim Hümbətovlar ailəsiylə maraqlanmayıb. "Xəstələrimiz xəstəxanada qalıb. Maddi imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil. 10-RE-081 dövlət nömrə nişanlı “BMW”in sürücüsü Vüqar isə həbs edilməyib. Hazırda işin istintaqını Bakı Şəhər Baş Polis İdarəsi aparır", deyə o, qeyd edib.

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












