Qayda pozan "AA" seriyalı maşın kimindir? - Şirkət nümayəndəsi qarabağlılardan iyrənir - VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Yasamal rayonu, “Qələbə” dairəsi ərazisində 10 AA 322 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçərək təhlükə yaradır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, maşının sahibi “Ulu Göyçə” MMC-dir.
Qeyd edək ki, “Ulu Göyçə” MMC-nin prezidenti Vasif Sultan oğlu İsmayılovdur. Vasif İsmayılov Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Bələdiyyə İdarəetməsi fakültəsində çalışır, eyni zamanda Yasamal Bələdiyyəsinin üzvüdür.
Xatırladaq ki, “Ulu Göyçə” MMC tikinti şirkətidir.
Bu gün Avtosfer.az saytına 055 230 02 14 nömrəsindən zəng edən və özünü şirkətin maliyyəçisi kimi təqdim edən xanım bu barədə məlumat yazan saytları məhkəməyə verməklə hədələyib. Ardınca isə əməkdaşımızın qarabağlı olduğunu öyrəndikdə "mənim onsuz da qarabağlılalara qarşı münasibətim pis idi, indi lap pis oldu" deyərək telefonu qapadıb.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












