Qayda pozan sürücü yol polisinin üzünə durdu - Sürücünü bu cəza gözləyir - VİDEO

Astara yolunda yol hərəkəti qaydasını pozan sürücü qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Yol polisi tərəfindən saxlanılan sürücü qayda pozmadığını bildirərək özünü haqlı çıxarmağa başlayıb. Avtosfer.az xəbər verir ki, sürücü bir hərəkət zolağı olan yolda yük avtomobilini keçərək qaydaları pozub. Videoda özü də qeyd edir ki, qarşıdakı yük avtomobilindən yol istəyərək onun yanından keçib gedib. Təbii ki, qarşıdakı yük avtomobili zolağın sağına doğru yerləşib, bu sürücü isə zolağın soluna doğru yerləşərək onu keçib. Videodan da aydın şəkildə görünür ki, bir zolaqda iki nəqliyyat vasitəsi hərəkət edib. Lakin o, yol polisinə qayda pozmadığını iddia edərək özünü haqlı çıxarmağa başlayıb.
Bu situasiyanın açıqlaması "Yol hərəkəti haqqında" qanunun 1-ci maddəsinin 15-ci bəndində öz əksini tapır. Həmin maddədə qeyd olunub ki, hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır. Eyni zamanda "Yol hərəkəti haqqında" Konvensiyada qeyd edilib ki, yolun hərəkət hissəsindəki hərəkət zolaqlarının sayı nişanlanma xətlərinə əsasən, belə xətlər olmadıqda va ya görünməz olduqda isə ikitəkərli nəqliyyat vasitələrindən (motosikletlordon, mopedlərdən və s.) başqa digər mexaniki nəqliyyat vasitələrinin bir sırada təhlükəsiz hərəkəti üçün kifayət edən enə malik zolaqların sayı ilə müəyyən olunacaqdır.
Burada aydın şəkildə qeyd olunub ki, bir hərəkət zolağında ikitəkərli motosikletlər yanaşı hərəkət edə bilər. Lakin digər mexaniki nəqliyyat vasitələri yalnız bir cərgə üzrə hərəkət edə bilər. Bir zolaqda ikinci nəqliyyat vasitəsinin yerləşməsi qayda pozuntusudur. Beləliklə videogörüntünü yayıb özünü haqlı çıxarmağa çalışan sürücü törətdiyi qayda pozuntusuna görə 40 manat məbləğində cərimə oluna bilər.
Nərmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












