Qeydiyyat nişanını maraqlı üsulla gizlətdi - VİDEO

Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə dövlət qeydiyyat nişanının üzərini bağlayır.
Görüntülər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində dayanma durma qaydalarını pozan sürücülərin əksəriyyəti, məsuliyyətdən yayınmaq məqsədi ilə müxtəlif üsullara əl atırlar.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, məsuliyyətdən yayınmaq üçün bu üsullara əl atan sürücülərə, dayanma durma qaydalarını pozmaları ilə yanaşı, həm də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cərimə tətbiq edilir.
Ömər Xıdırov qeyd edib ki, həmin sürücülər müşahidə kameraları vasitəsi ilə aşkarlandıqdan sonra sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilirlər.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












