Qəzalara görə bu küçəyə işqıfor qoyulmalıdır - Aqil Rəhimov AYNA-ya çağırış etdi - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Bakının Nərimanov Təbriz küçəsində yol hərəkəti ilə bağlı ciddi təhlükələrə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, həmin ərazidə tez-tez qəzaların baş verdiyini və bu qəzaların nəticələrinin çox zaman ağır olduğunu bildirib. Aqil Rəhimov sürücülərə ehtiyatlı olmaları barədə çağırış edib və məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlayıb.
Onun sözlərinə görə, o yolda daima qəza şəraiti yaranır və bu, son dərəcə təhlükəlidir:
"”Nərimanov” metrosundan “Metropark”a tərəf gedən yolda daim xatalı vəziyyət müşahidə olunur. Sürücülərdən xahiş edirəm ki, ehtiyatlı olsunlar. Yol bizimdir, baş yoldur, amma aləm bir-birinə qarışır. Eyni zamanda hörmətli AYNA rəhbərliyinə müraciət edirəm, xahiş edirəm ki, bu əraziyə svetofor qoyasınız. Tez-tez burada qəzalar baş verir və nəticələri çox zaman ağır olur. Bu vəziyyət davam edə bilər. “Nərimanov” metrosu tərəfdən gələnlərə bir az daha uzunmüddətli yaşıl işıq yansın ki, həm təhlükə azalsın, həm də tıxac yaranmasın."
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












