Qəzaya düşən sürücüyə 4000 ziyan dəyib, "ATA" sığorta 320 manat pul verir - ŞİKAYƏT - FOTO - VİDEO

Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımlarında qəzaya düşən sürücü avtomobilinə dəymiş ziyanı sığorta şirkətindən ala bilmir. Bu barədə zərərçəkmiş sürücü Aydın Murğuzov Avtosfer.az-ın qaynar xəttinə şikayətini bildirib. O bildirir ki, 2019-cü ilin mart ayının 15-də sözügedən yolda hərəkətdə olarkən 21-BG-737 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü onun yoluna çıxaraq zəncirvari qəzaya səbəb olub: “Qəza nəticəsində mənim avtomobilimə 4000 manatdan çox zərər dəyib. Lakin qəzaya səbəb olan avtomobilin icbari sığortası olan “ATA” sığorta şirkəti zərəri 300 manatla dəyərləndirib. Mən bu məsələ ilə bağlı dövlət qurumlarına şikayət ərizəmi ünvanlamışam. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti avtomobilimə baxış keçirərək 4080 manat zərər müəyyən edib və bununla bağlı rəsmi şəkildə rəy də verib. Mərkəzi Banka etdiyim müraciət əsasında da müstəqil ekspertiza təyin edilib. Onlar da zərərin 4080 manat olduğunu müəyyən ediblər. Lakin “ATA” sığorta şirkəti dəymiş zərəri ödəməkdən boyun qaçırır. Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın ekspertizasının rəyinə məhəl qoymurlar. Deyirlər ki, biz sənə maksimum 320 manat pul verə bilərik. Avtomobilin qəza zamanı qeydə alınmış fotolarından da aydın şəkildə görünür ki, 320 manat ayrılmış məbləğ çox gülüncdür” – deyə zərərçəkmiş sürücü bildirib.
Leyla












Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO










