Qovşaqda iki maşın toqquşdu: bir ikiyə bölündü - FOTO + VİDEO

Türkiyənin Antalya vilayətində baş verən qəzada minik maşınının ikiyə bölünmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident bu ilin avqust ayında Konyaaltı rayonu Uncalı Məhəlləsində qeydə alınıb. Qəzanın görüntüləri ötən gün sosial şəbəkələrdə yayımlanıb.
Məlumata görə, Nurullah Akarın idarə etdiyi 34 ZB 507 qeydiyyat nömrə nişanlı minik maşını, qovşaqda Ümid Pamukçunun idarə etdiyi 07 RP 330 qeydiyyat nişanlı avtomobilə çırpılıb.
Zərbənin şiddətindən Ümid Pamukçunun maşını iki hissəyə bölünüb. Qəza zamanı Pamukçu ikiyə bölünən avtomobildən uçaraq asfalta düşüb.
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və Nurullah Akarın iki sərnişini xəsarətlər alıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.
Namiq Musayev





Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












