Ramana yolunda dayanacaq pavilyonları quraşdırılmayıb - VİDEO

Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələrində pavilyonlar yoxdur. Bu isə istər küləkdə, yağışda, istərsə də günəşli havada avtobus gözləyən sərnişinlərin narahatlığına səbəb olur. Bəs ərazidə bu vəziyyətin yaranmasına səbəb nədir?
Sakinlər bildirirlər ki, dayanacaq pavilyonlarının olmaması həm yayda, həm də qışda onlar üçün ciddi problemlər yaradır.
Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə ödəniş terminallarının olmaması da hər gün ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün ciddi çətinlik yaradır.
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur. Aeroport şosesindən Ramana qəsəbəsinin Şuşa şəhərciyi istiqamətində dayanacaq məntəqələlərində pavilyonların quraşdırılmaması səkilərin ensiz, bir çox yerlərdə ümumiyyətlə olmaması ilə bağlıdır. Bu səbəbdən qeyd olunan yol üzərində tərəfimizdən pavilyonlar deyil, dayanacaq nişanı qoyulub.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












