"Rols Roys"u olan müğənni ŞİKAYƏTLƏNDİ: “Fəhlə bizdən yaxşı yaşayır” – VİDEO

Əməkdar artist Cavanşir Məmmədov maddi durumundan şikayətlənib. Müğənni özünün və həmkarlarının lüks həyat yaşamadığını bildirib.
Cavanşir Məmmədov bu barədə Amil Xəlilin aparıcısı olduğu "Gəl danış" verilişində açıqlama verib. O, sənət adamlarının kənardan göründüyü qədər təminatlı olmadığınə bildirib: "Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!"
Əməkdar artist sənət adamlarını fəhlə ilə müqayisə edib və üstünlüyü ikincilərə verib: "Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır. Ustanın yanına gedirsən ki, bu əşyanı düzəlt. Deyir ki, gözlə, yemək yeyirəm, çay içirəm. Amma müğənni bunu deyə bilmir. O, toy başlayandan qutarana kimi oxumalıdır".
Verilişin aparıcısı Amil Xəlil əməkdar artistin bu sözlərinə etiraz edib. Aparıcı ölkədə hamının bir-birini yaxşı tanıdığını, kimin necə dolandığının hər kəsə bəlli olduğunu deyib.
Qeyd edək ki, müğənninin bu sözləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun sosial şəbəkələrdə bir milyon manatlıq "Rols Roys"u ilə şəkilləri paylaşılıb.
Hətta deyilənə görə, onun bir yox iki "Rols Roys"u olub.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












