Şəhid Ruslan Əlizadə barəsində sənədli film hazırlandı - VİDEO

Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film hazırlanıb. Avtosfer.az xəbər verir ki, "Mübarizim prodakş" tərəfindən hazırlanan filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq edib. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub. Sonra öz arzusu ilə yenidən müqavilə ilə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.
Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidentinin Sərəncamları ilə Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub. Subay idi.
Allah rəhmət eləsin!
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












