Sərxoş qadın sürücü Yeni il gecəsi kanala düşdü - VİDEO
ABŞ-ın İndianapolis ştatında yaşayan qadın üçün Yeni ilin ilk saatları düşərli olmayıb.
Avtosfer.az xəbər verir ki, gecə saatlarında sakinlər şəhərin ortasından keçən buz bağlamış kanalın üstündə avtomobilin hərəkət etdiyini görüblər. hündür səkidən düşən avtomobil buzun üstü ilə hərəkət etməyə başlayıb. Hadisə şahidləri dərhal polisə xəbər verib. lakin sürücü uzağa gedə bilməyib. O, əl tormozundan istifadə edərək avtomobili fırlatdığı zaman buz ağırlığa davam gətirməyərək sınıb və maşın soyuq suya düşüb.
Hadisəyə dərhal müdaxilə edən yanğınsöndürənlər avtomobili və qadın sürücünü kanaldan çıxarıb. Polisə ifadəsində qadın sürücü GPS naviqatorun onu çaşdırdığını bildirsə də, polis ona inanmayıb. Yerindəcə yoxlama zamanı GPS düz işləyib. Spirt iyinə görə əsl səbəbi müəyyən etmək çətin olmayıb. Tibbi müayinə zamanı qadının ağır dərəcədə sərxoş olduğu üzə çıxıb.
Vüqar
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












