Sərxoş şəxs avtomobilin başına “oyun” açdı: sahibi isə polisə şikayət etdi – VİDEO

Türkiyənin Dənizli vilayətində küçədə gəzən sərxoş 2 şəxsdən biri, park edilmiş avtomobilin təkərini deşib, aynasını qırdıqdan sonra yerə yıxılıb. Avtosfer.az xəbər verir ki, insident bu gün səhər 05.00 radələrində Ağqonaq məhəlləsində qeydə alınıb. Hadisənin görüntüləri isə təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, küçədə gəzən və həddindən artıq sərxoş olan 2 nəfərdən 1-i, park edilmiş avtomobilin yanına yaxınlaşır və təkərini bıçaqla deşir. Ayaq üstə dayanmaqda çətinlik çəkən şəxs, təkəri deşdikdən sonra nəqliyyat vasitəsinin sağ aynasını qırır. Maşına zərər vuran şəxs daha sonra yerə yıxılır. Digər şəxs isə, yerə yıxılan və içkinin təsirindən ayağa qalxa bilməyən dostunu qaldırır.
Səhər avtomobilinin aynasının qırıq, təkərinin deşik olduğunu görən maşın sahibi, təhlükəsizlik kamerasına baxdıqdan sonra, polis bölməsinə gedərək şikayətçi olub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












