Sumqayıt yolunda dəhşətli qəza: bəyin qardaşı və dostu öldü - VİDEO
Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə toy karvanında saatda 120-130 km sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilə arxadan "VAZ-2107" markalı maşın dəyib. Nəticədə idarəetməni itirən sürücü avtomobili yolun kənarındakı betona çırpıb. Hər iki şəxs hadisə yerində ölüb. Ölənlərdən biri bəyin qardaşı, digəri dostu olub. Toy isə təxirə salınıb.
Qeyd edək ki, hadisə dünən saat 15:50 radələrində baş verib. 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı maşını arxadan vurub.
Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni itirərək yolun sağına çıxıb və beton maneəyə çırpılıb. Hər iki şəxs ailəli olub, hərəsinin iki övladı var.
Nəticədə sürücü Ağarza Ağayev və sərnişini, 1994-cü il təvəllüdlü Rəşad Həsənov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












