Sürücü özünü haqlı sayıb yol polisini videoya çəkdi və polis görün nə etdi - VİDEO

Bakıda qayda pozan sürücü yol polisi ilə dialoqunu kameraya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-UC-107 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxt küçələrinin birində manevr qaydasını pozub. Yol polisi əməkdaşı "saxla" işarəsi versə də, o, buna məhəl qoymayaraq hərəkətinə davam edib. Bütün bunlar qeydə alınmış videoda öz əksini tapıb. Belə ki, polis əməkdaşı sürücüyə təmkinli və nəzakətli formada nəyə görə tabe olmadığını soruşur. Sürücü isə müxtəlif bəhanələr gətirməyə başlayır, daha sonra isə qayda pozmadığını bildirir. Yol polisi əməkdaşı manevr qaydasını pozduğunu yerindəcə ona göstərərək sübuta yetirir.
Qeyd edək ki, yayılmış videodan aydın şəkildə görünür ki, sürücü trendə düşmək üçün yol polisi əməkdaşı ilə bu cür dialoqa girir. Ümumiyyətlə son zamanlar bu cür sürücülər haqsız olduqları halda polisi videoya çəkib sosial şəbəkədə paylaşaraq özlərini "qəhrəman" kimi göstərməyə çalışırlar. Hətta bəziləri qəsdən qayda pozur ki, yol polisi əməkdaşı onu saxlasın və o da əzbərlədiyi 2-3 maddəni polisə deyərək özünü hüquqşünas kimi sosial şəbəkədə reklam etsin.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













