Sürücü yol polisindən nələr yazdı – “Dedilər içkilisən, belimdən tutub maşına mindirdilər, şöbədə cərimə yazdılar” - İDDİA

Yük avtomobili idarə edən 59 yaşlı sürücü Azər Fətdayev yol polisindən şikayətçidir. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 18-də Ələt-Astara magistralının 191-ci kilometrliyində baş verib. Belə ki, 42-BZ-474 dövlət nömrə nişanlı “DAF” markalı avtomobilin sürücüsü iddia edir ki, heç bir əsaslı səbəb və qayda pozuntusu olmadığı halda polis əməkdaşlarının saxla əmrinə tabe olub. 99-YP-574 dövlət nömrə nişanlı patrul avtomobili ilə sürücü Azər Fətdayevə yaxinlaşan, lakin özlərini təqdim etməyən DYP əməkdaşları Afiq Qurbanov və Anar Əliyev olub.
Sürücüdən spirtli içki qəbul edib-etmədiyini soruşan polis əməkdaşları “içki qəbul etmirəm” deyən sürücüyə "İnanmırıq, sən içən adama oxşayırsan. Patrul maşınına oturub şöbəyə getməliyik" deyə təklif ediblər. Şikayətçinin sözlərinə görə, polis əməkdaşları ona qarşı güc də tətbiq ediblər “Onlardan biri ani olaraq mənim bel tərəfimdən, kəmərimdən tutub, güc tətbiq edərək maşına otuzdurdu. Mənim belimdə yırtıq olduğunu və diabet xəstəsi olduğumu dedim. Əməkdaşlardan biri çirkli ayaqqabısı ilə mənim icazəm olmadan maşımıma oturub cərimə meydançasına sürdü (“TIR” sürücüləri avtomobilə mindikləri zaman, ayaqqabılarını dəyişirlər).
102 qaynar xəttə məlumat verən sürücünün telefonu polis işçisi tərəfindən əlindən alınıb. Sürücüyə polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.5 maddələrinə əsasən 50 manat cərimə tərtib edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı Avtosfer.az-a yerdiyi açıqlamada nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması və xarici işıq cihazında nasazlıq olduğuna görə saxlanılaraq şöbənin mühafizə olunan duracağına gətirildiyini bildirib. “Sürücü barəsində həmin inzibati xətaya müvafiq olaraq protokol tərtib edilib. Nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi duracaqdan buraxılıb. Sürücüyə qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”.
Nurlan Sakitoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












