Sürücülərin bu məsuliyyətsiz hərəkəti AĞIR QƏZALARA səbəb olur - VİDEO

Təsadüfi deyil ki, sürücü diqqətsizliyi səbəbindən baş vermiş yol-nəqliyyat hadisələri kifayət qədərdir.
Paytaxtın müxtəlif küçələrində güzgüyə baxmadan yola çıxan, yolun hərəkət hissəsində avtomobilini saxlayıb anidən qapısını açan sürücülərə tez-tez rast gələ bilərik. Təhlükəylə üzləşən sürücü peşəkarlıq edərək yaranmış qəza riskini aradan qaldırsa da, bu hər zaman mümkün olmur. Nəticədə qəza qaçılmaz olur. Ən pis halda isə sürücü ani diqqətsizliyin qurbanı olur. Həmçinin bəzi sürücülər onlarla eyni yolu bölüşən motosiklet, moped, velosiped, skuter sürənləri görməzdən gəlir. Onlar qeyd etdiyimiz nəqliyyat vasitələrinə yol vermir, ya da diqqətsizlik göstərərək qəzaya düşmələrinə səbəb olurlar.
Taksi fəaliyyətiylə məşğul olan məsuliyyətsiz sürücülər də çoxluq təşkil edir. Sürücü hər şeydən öncə sərnişinin təhlükəsizliyini təmin etməlidir. Lakin bəzi sürücülər daha az yanacaq sərf etmək, yaxud vaxtlarına qənaət etmək məqsədilə avtomobili qadağan olunan yerdə saxlayır. Bu, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla yanaşı sərnişinin həyatını da riskə atır.
İşıqlandırdığımız məsələni əks etdirən görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, qəza xarici ölkələrdən birində qeydə alınıb. Sürücü diqqətsizliyi velosipedçinin ölümüylə nəticələnib. Belə ki, o, avtomobilini yolun hərəkət hissəsində saxlayıb və anidən maşının qapısını açıb. Bu zaman qapı hərəkətdə olan velosipedçiyə dəyərək onu digər avtomobilin önünə atıb.
Qeyd edək ki, qanunvericiliyə görə nəqliyyat vasitəsinin qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu halda qapını açıb qəzaya şərait yaradan sürücü məsuliyyət daşıyır və qarşı tərəfin də zərərini ödəməlidir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












