Azərbaycanda bu şəxslərə avtomobil alarkən güzəşt ediləcək - 2-3 min AZN - VİDEO

Ölkəmizdə istehsal ili köhnə və istismara yararsız avtomobillərin sayı kifayət qədərdir. Belə avtomobil sahibləri nəqliyyat vasitələri ilə bağlı veriləcək qərarı səbirsizliklə gözləyir. Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, bunun üçün həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında, həmçinin nəqliyyat vasitəsinin növünə uyğun olaraq sahibinə vauçer veriləcək. Vətəndaş Həmin Vauçerlə ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi ala biləcək.
Məsələ ilə bağlı "ATV Xəbər" maraqlı süjet hazırlayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ATV-yə bildirib ki, bunun üçün həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında, həmçinin nəqliyyat vasitəsinin növünə uyğun olaraq sahibinə vauçer veriləcək. Vətəndaş Həmin Vauçerlə ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi ala biləcək:
"Yeni avtomobil alarkən, həmin məbləğ qədər onlara güzəşt olunacaq. Yəni deyək ki, hər hanısa avtomobil 20 min manatdırsa, ona 2 min manat pul veriblərsə, artıq o avtomobil üçün 20 min manat yox, 18 min manat ödəyəcək. Onu müxtəlif cür çek də adlandırmaq olar. Ola bilsin ki, hər hansısa köhnə avtomobil sahibi bunu təhvil vermək isytəyir və eyni zamanda artıq avtomobil almaq fikri yoxdur. Onda ona başqa şərtlərlə pul qismində də verilə bilər".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, utilizasiya prosesinə tam yararsız avtomobillərdən başlanılmalıdır və proses mərhələli şəkildə icra edilməlidir.
"2 mərhələli prosses aparıla bilər, istismarda olan avtonəqliyyat vasitələri istismarda olmayan və artıq metalloma çevrilən nəqliyyat vasitələri, istənilən halda utilizasiyaya gedəcək avtomobillər könüllük əsasında həyata keçirildiyinə görə, burada nəqliyyat vasitəsinin ili əsas götürülməyəcək. Söhbət onun artıq istismar edilməməsindən, bugünkü təhlükəsizlik və müasir ekaloji standartlara cavab verməyən avtomobillərin utlizasiyasından gedir".
Ekspert deyir ki, avtomobillərin utilizasiyası böyük sosial-iqtisadi proqramdır. Bu proqramı Çin, Rusiya, Yaponiya, ABŞ, Avropa ölkələrində icra etmək rahatdır. Bizim kimi avtomobil istehsalı zəif olan ölkələrdə tətbiq etmək isə elə də asan deyil. Vətəndaşlara stimullaşdırıcı təkliflər etmək lazımdır ki, sürücü avtomobilini təhvil verməkdə maraqlı olsun.
Qeyd edək ki, " İstismar müddəti bitən Nəqliyyat vasitələrinin utilizasiyası" proqramı layihəsi artıq hazırdır və dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Proqramın icrası isə "2022-2026-cı illəri əhatə edəcək. Avtomobillərin təhvil verilməsi könüllülük prinsipi əsasında olacaq. Həmin avtomobillərin metal, şüşə və plastik hissələri təkrar emal olunaraq xammal kimi istehsalat dövriyyəsinə qaytarılacaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













