Sürücülərin NƏZƏRİNƏ - Bunu etsəniz, 1200 AZN CƏRİMƏLƏNƏCƏKSİNİZ - VİDEO

Müntəzəm marşrutlar üzrə müqavilə olmadan sərnişin daşımalarını təşkil edənlər cərimələnəcəklər.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"ə bildirib ki, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilə müsabiqədə qalib gəlmiş daşıyıcı ilə bağlanır. Bu icazə olmadan sərnişindaşıma ilə məşğul olmaq qayda pozuntusu sayılacaq.
Buraxılış vəsiqəsi olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə də cərimələr tətbiq ediləcək. Tural Orucov deyir ki, sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar Avtomobil Nəqliyyatı haqqında, eləcə də "Lisenziyalar və icazələr haqqında" Qanunların tələblərinə uyğun olaraq Yerüstü Nəqliyyat Agentliyindən icazə almalıdırlar.
Mətbuat katibi əlavə edib ki, hazırda beynəlxalq və ölkədaxili yük, həmçinin qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin uçota alınması heç bir təmas olmadan, tam elektron şəkildə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalar üçün icazələr yalnız elektron qaydada verilir və ödənişsizdir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












