Sürücülük hüququ olmadan avtomobil idarə edənlərə elektron protokol göndərilir - VİDEO

Son günlər xeyli avtomobil sahibinə sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə dair elektron protokol göndərilib.
Sosial şəbəkələrdə də bununla bağlı xeyli şikayət var.
Nəqliyyat ekspertləri bildirirlər ki, bu cür cərimələrin texniki vasitələrlə tətbiq edilməsi doğru deyil. Çünki kamera və ya digər texniki vasitə sürücünün kim olduğunu tam dəqiq aşkarlaya bilməz. Bu cür protokollar yol-patrul xidməti əməkdaşının sürücü və ya avtomobil sahibi ilə ünsiyyəti əsasında tətbiq edilməlidir. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə hallarla üzləşən vətəndaşlar həmin protokoldan şikayət verə bilərlər.
Ekspert onu da qeyd edib ki, şikayət üçün 10 gün vaxt verilir. Bu qayda protokolda olan digər səhvlər üçün də keçərlidir.
Yasin Mustafayev əlavə edib ki, bu cür hallarda məsələ vətəndaşın xeyrinə həll olunur.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












