Taksi qiymətləri artacaq, tıxaclar çoxalacaq: Yeni qanun nəyi dəyişəcək? - VİDEO

Azərbaycanda taksilərə taksometrlərin quraşdırılması məcburi olacaq. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında yerinə yetiriləcək. Bəs görəsən qanuna təklif edilən bu dəyişiklik taksi xidməti sahəsində nələri dəyişəcək?
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əslində taksometrlə bağlı müddəalar çoxdan var, buna riayət edilməməsinin səbəbi isə dövlət qurumlarıdır. Ərşad Hüseynovun sözlərinə görə, taksi sahəsində islahatlar yalnız ictimai nəqliyyat inkişaf etdikdə özünü doğrulda bilər.
Ekspert düşünür ki, taksi qiymətləri artdıqca, şəxsi avtomobillərin də sayı artacaq. Bu da daha çox tıxacın yaranmasına səbəb olacaq. İqtisadçı ekspert Razi Abasbəyli isə taksilərdə taksometrlərin quraşdırılmasını düzgün hesab etmir. Ekspert “mənasız” adlandırdığı bu cihazlıarın məcburi şəkildə aldırılmasının da doğru addım olmadığını diqqətə çatdırıb.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












