Tanınmış stilistə yolda təhlükə yaradan sürücü - 99-CR-979 - VİDEO

Məşhur stilist Anar Ağakişiyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Avtosfer.az xəbər verir ki, ona qarşı dünən axşam avtoxuliqanlıq edilib. Stilist videosunda bildirib ki, qarşısındakı avtomobilin sahibi ona dəfələrlə təhlükə yaradıb:
"Heydər Əliyev prospektində görün, nə edir? 99-CR-979 dövlət qeydiyyatlı maşın. Əziz Dövlət Yol Polisi, sizə müraciət edirəm. Həmin şəxs 4-5 dəfə qəza şəraiti törətdi. Mən olmasaydım, başqa bir peşəkar olmayan sürücü olsa idi, maşını vurmuşdu. Özü də "borzu" şəkildə, arxaya-irəli, "tormoz" verməklə, belə bir qəza şəraiti yaratdı. Çox xahiş edirəm ki, məsələyə baxılsın".
Paylaşımdan sonra A.Ağakişiyev DYP tərəfindən artıq məsələyə baxıldığını və avtoxuliqanlıq edən sürücünün barəsində axtarış elan olunub.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, artıq A.Ağakişiyevin müraciət əsasında araşdırma başlayıb:
"Yol hərəkəti qaydalarını kobud şəkildə pozan, özü və digər hərəkət iştirakçıları üçün təhlükə yaradan şəxs müəyyən edilib və o, idarəyə dəvət olunub. Hazırda onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












