Təcili yardımla “məzələnən” sürücüyə ibrətamiz cəza - VİDEO
Fevral ayında təcili yardım avtomobilinə qarşı qeyri-adekvat hərəkət edən britaniyalı sürücü barədə hökm çıxarılıb.
Avtosfer.az xəbər verir ki, London məhkəməsi təcili yardım avtomobilinin qarşısında maşın oynadan sürücüyə qarşı sərt davranıb.
Təcili yardım karetasındakı kamera təsvirlərindən məlum olur ki, tənəffüs problemi olan şəxsi xəstəxanaya çatdırmaq istəyən sürücü səs siqnalı və sayrışan işıqları qoşaraq digər avtomobilləri ötür. Bütün maşınlar maksimum kənara çəkilib yolu açsa da, qırmızı avtomobilin sürücüsü təcili yardım avtomobilinin onu ötməsini həzm edə bilmir. O, təcili yardım avtomobilinin qarşısına keçərək gah tormoz verir, gah da kəskin manevr edir. Yol ayrıcında isə onun hərəkətini bloklayır. Amma bütün davranışların qeyd edildiyindən xəbəri yox idi.
Kamera qeydlərini nəzərdən keçirən və sürücünün ifadəsini dinləyən hakimin qərarı sərt olur. Təcili yardımla “məzələnən” oğlan 3 il sürücülük hüququndan məhrum edilir. Bundan başqa, o 200 saat ictimai iş və 8 ay qiyabi həbslə cəzalandırılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












