Toy karvanında oyun çıxardan "07" sürücüsü həbs edildi - VİDEO

Şəkidə toy karvanında avtoxuliqanlıq edən şəxs həbs edilib.
Avtosfer.az bir müddət əvvəl bu sürücü barədə məlumat yayıb. Yol polisi sürücü barədə araşdırma aparıb. Avtoxuliqanlıq edib yenidən özlərini sosial şəbəkələrdə paylaşmaq onlara baha başa gəlib.
Belə ki, Cəfərzadə Fuad Sahib oğlu dostuna məxsus "VAZ 2107" markalı , 45-BL-993 dövlət qeydiyyat nişanlı avtomobilə saxta nömrə və sayrışan işıqlar bağlayaraq Şəki şəhərində toy karvanında avtomobili yüksək sürətlə idarə edərək, qarşı hərəkət zolağına çıxmaqla, təhlükəli manevrlər etməklə ötüb keçərək əyləci çəkib avtomobili yerində fırladır. Toy karvanının qarşısını kəsərək digər avtomobillərə qəza şəraiti yaradır. Öz dostları da böyük fəxarətlə onun bu hərəkətlərini mobil telefon vasitəsi ilə çəkərək sosial şəbəkələrdə paylaşıb.
Şəki Dövlət Yol Polisi sürücünü müəyyən edərək qanunamüvafiq qaydada onun barəsində toplanmış materialı baxılması üçün məhkəməyə göndərib. Şəki rayon məhkəməsinin qərarı ilə Cəfərzadə Fuad Sahib oğlu ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaradan avtoxuliqanlıq hərəkətləri etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, 15 gün inzibati qaydada həbs edilib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












