"Toyota" avtomobilini əldə edərkən bunlara mütləq diqqət edin - VİDEO
Azərbaycana fərqli ölkələrdən xüsusilə Çindən və Dubaydan çox saylı yeni Toyota avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilb qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?
Fərqli regionlara aid olan yeni Toyota avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikası müşahidə olunur. Ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə Toyota-nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.
Azərbaycanda rəsmi Toyota diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə Toyota tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilədə Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunan avtomobillərdir. Toyota ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.
Odur ki, yeni avtomobil alarkən mütləq bu vacib məqama diqqəti yetirmək lazımdır.
Digər bir məsələ isə zəmanətlə bağlıdır.
Qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri təəssüf ki zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.
Yeni Toyota avtomobilinə Azərbaycanda zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya Toyota Avropanın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, Ərəb ölkələrindən eləcə də Toyota Avropanın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda Toyota şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər Toyota tərəfindən başqa region üçün nəzərdə tutulmuşdur və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə Toyota rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.
Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni Toyota avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur. Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən Toyota avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodu sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklərdə yaranır.
Butün bu qeyd olunanan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.
Qeyd edək ki, Toyota-nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzidir.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO











