“Toyota” görmə problemi olan məktəblini “zebra”da vurdu: qız havada bir neçə dəfə fırlanıb - VİDEO

Rusiyanın Altay bölgəsində sürücü avtomobillə məktəbli qızı piyada keçidində vurub. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün saat 15.00 radələrində Biysk şəhərində qeydə alınıb.
Bildirilir ki, 1957-ci il təvəllüdlü sürücü idarəetməsində olan “Toyota Corolla” markalı avtomobillə, tənzimlənən piyada keçidindən, piyada üçün işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq keçən 2008-ci il doğumlu məktəbli qızı vurub. Zərbənin gücündən yeniyetmə qız havada bir neçə dəfə fırlanaraq asfalta çırpılıb. Bundan sonra 11 yaşlı qız özü sərbəst şəkildə ayağa qalxaraq yol kənarına çıxıb. Hadisəni görən vətəndaşlar tez qızın köməyinə gəliblər. Nəticədə o, bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qıza kömək edən şahidlərin sözlərinə görə, onun görmə problemi olub.
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












