Velosiped zolaqlarını parkinqə çevirən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Artıq bir neçə ildir ki, paytaxtda velosipedlər üçün xüsusi zolaqların çəkilməsi layihəsi icra olunur. Ötən ilin dekabrında Bakının mərkəzi küçələrində çəkilən zolaqlar velosiped və skuter sürücülərinin təhlükəsiz hərəkətini təmin edir. Lakin günün müxtəlif saatlarında bu zolaqlarda avtomobillərin park edildiyini görə bilərik. Nəticədə zolağı zəbt edən sürücülər velosiped və skuterlərin hərəkətinə əngəl törədirlər. Hətta qaranlıqda onlar qəzaya da səbəb ola bilərlər.
İşiqlandırdığımız məsələylə bağlı Nəsimi rayonu Mirzəağa Əliyev küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, velosipedçi rastlaşdığı xoşagəlməz mənzərəni çəkərək sosial şəbəkə hesabında paylaşıb. Videodan göründüyü kimi, “Toyota Prius” markalı avtomobilin sürücüsü velosiped zolağını zəbt edib. Bu zaman maneəylə qarşılaşan velosipedçi hərəkətini saxlamağa məcbur olub. Sükan arxasında əyləşən sürücü isə onun şikayətinə heç bir reaksiya bildirməyib.
Qeyd edək ki, bu qayda pozuntusu, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə əsasən, eyniylə avtobus zolağında olduğu kimi, 40 manat cəriməylə nəticələnir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












