Xırdalan sakinləri yenidən şikayət etdilər - Aidiyyəti qurumlar hələ də susur - VİDEO

Xırdalan şəhər sakinləri redaksiyamızın qaynar xəttinə yenidən şikayət ünvanlayıblar. Onlar bildirirlər ki, Mehdi Hüseynzadə küçəsindəki zibillər artıq avtomobil yolunu zəbt edir. Ərazidən qeydə alınmış videodan da aydın şəkildə görünür ki, dünənə nisbətdə bu gün zibilliyin əhatəsi daha da genişlənib.
Ötən gün məsələ ilə bağlı Abşeron rayon Xırdalan şəhər Abadlıq və Kommunal Xidmətlər İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda məişət tullantılarının təmizlənməsi istiqamətində texnikalar işləyir: “Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində məişət tullantılarının yığılması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərdən xəbərdarıq. Yaranmış texniki problem səbəbindən tullantıların toplanması bir qədər yubadılıb. Lakin hazırda sözügedən küçədə idarəyə məxsus texnika çalışır. Qısa zamanda ərazi tullantılardan təmizlənəcək”.
Belə bir açıqlama verilməsinə baxmayaraq, çox təəssüf ki, aşıb-daşan zibillər nəinki yığışdırılıb, əksində daha da çoxalıb. Yaxınlıqda yaşayan insanlar üfunətdən bayıra çıxa bilmirlər.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












