Yasamalda piyadalar əziyyət çəkir – Zebra silinib - VİDEO

Yasamal rayonu “Bravo” marketin yaxınlığında yol nişanlarının düzgün qurulmaması səbəbindən piyadalar hər gün əziyyət çəkir.
Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərdən biri video çəkərək sosial şəbəkələrdə paylaşıb.
Belə ki, yolda piyada keçidi nişanı təşkil edilsə də zebra zolağı silinib. Bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olur. Həmçinin sakinlər yaxınlıqda məktəb olduğunu, məktəblilərin keçiddən rahat istifadə edə bilmədiyini deyir. Sürücülər də belə şəraitdə çaşıb, piyadaları əzə bilər.
Vətəndaşlar deyir ki, xüsusilə də günün qaranlıq saatlarında vəziyyət daha da qəlizləşir. Həm bəzi sürücülərin ədəbsizliyi, həm də müvafiq qurumların səhlənkarlığı səbəbindən piyadalar hər gün qorxulu anlar yaşayır.
Xatırladaq ki, nişanla yerdəki zebra mütləq birgə tətbiq olunmalıdır.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












