Yeraltı keçidin üstündə qəza: Dəmirlərin arasından keçən gənc vuruldu - VİDEO
Dekabrın 20-də Bakı-Qazax yolunun 31-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Çayko Yelena Mixaylovnanın idarə etdiyi, 90 GA 567 dövlət nömrə nişanlı, "Audi Q7" markalı avtomobil yolu keçən Qaradağ rayon sakini Camalov Səhyəddin Maşallah oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altında müalicə olunur.
Hadisənin baş verdiyi ərazidə yeraltı piyada keçidi var.
Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları ilə birlikdə hadisə baş verən ərazidə çəkiliş aparıb. Məlum olub ki, həqiqətən də yeraltı piyada keçidi həmin ərazidə uzun illərdir fəaliyyət göstərir. İşıqlandırma təmin edilib və piyadalar ordan normal şəkildə istifadə edə bilir. Lakin təəssüflər olsun ki, bəzi piyadalar sanki bir neçə saniyə vaxt itirməmək üçün həmin keçiddən istifadə etmir və yolun hərəkət hissəsində dəmir arakəsmələri keçərək qarşı tərəfə çıxmağa çalışırlar. Bununla da ciddi təhlükə yaradırlar.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Rəşad Ağayev Avtosfer.az-a bildirib ki, ərazidə piyada keçidi olduğu halda bəzən qaydalar pozulur. "Biz dəfələrlə xəbərdarlıq edirik, cərimə tətbiq olunur. Amma piyadalar da anlamalıdır ki, keçiddən istifadə etmək onların təhlükəsizliyi üçündür. Əks halda bu cür bədbəxt hadisələr baş verir ki, nəticəsi ağır olur. Odur ki, ərazisində yaşayan sakinlərə bir daha müraciət edərək piyada keçidlərindən istifadə etməyi tövsiyə edirik."
Vətəndaş İsa Tağıyev Avtosfer.az-a bildirib ki, həmişə keçiddən istifadə edir. "Məsuliyyət dərk etmək lazımdır. Çünki 1-2 dəqiqə tələsmək bizi həyatımızdan edə bilər."
Videoreportajı təqdim edirik:
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO


















