Yetkinlik yaşına çatmayan şəxsin avtoxuliqanlıq etdiyi görüntülər yayıldı - VİDEO

Masallıda yetkinlik yaşına çatmayan şəxs avtoxuliqanlıq edib. Avtosfer.az xəbər verir ki, həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, VAZ-2107 markalı 90-ZB-901 dövlət nömrə nişanlı avtomobil ilə “avtoşluq” edən şəxsin 17 yaşı olub. Eyni zamanda videogörüntülərdə nəqliyyat vasitəsinin qeyri-standart dövlət nömrə nişanı ilə idarə edildiyi də görülür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev oxu.az-a bildirib ki, sosial şəbəkədə yayılan videogörüntülər sutkanın qaranlıq vaxtlarında Masallı şəhəri ərazisində lentə alınıb: “Avtoxuliqanlıq hərəkətləri edərək, ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünün görüntüləri barədə məlumatlıyıq. Sözügedən görüntülərlə bağlı Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi və sükan arxasında olan şəxs müəyyən edilib. Onun Masallı rayon sakini olan bir nəfər azyaşlı olduğu müəyyən edilib. İdarəetmə hüququ olmadan sürdüyü VAZ-2107 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












