Sürücülərin DİQQƏTİNƏ! - Bunu edənlər 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Bakıda işıqforun yaşıl işığında keçən sürücülər yol ayrcını keçməmiş tıxacda qalıblar. Nəticədə kəsişən yolda yaşıl işıq yanan zaman hərəkət edən avtomobillər isə yol ayrıcını keçə bilməyiblər.
Bununla bağlı görüntülər iki gün əvvəl Bakıda lentə alınıb. Görüntülərdən aydın olur ki, bəzi sürüclər yol ayrıcını keçmə qaydasını kobud şəkildə pozurlar. Bu qayda pozuntusu yollarda sıxlığın yaranmasına səbəb olur.
Yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artdığını nəzərə alsaq, məsələ daha da aktuallaşır.
Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli sürücüləri bu qayda pozuntusunu törətməməyə çağırıb. Bildirib ki, bununla bağlı cərimələr də sərtləşdirilərək 80 manata çatdırılıb.
Araz Əsgərli əlavə edib ki, bu məsələ daim polisin diqqətindədir. Belə qayda pozanlar həm yol patrul xidməti əməkdaşları tərəfindən, həm də xüsusi texniki vasitələr ilə müəyyən edilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












