Yol polisindən plyonka açıqlaması: qaydaları pozanlar 150 manat cərimə olunacaq - VİDEO

Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi şərtləri açıqlanıb.
Nazirlər Kabinetinin təsdiqlədiyi ''Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası''na əsasən avtomobillərin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə icazə verilir.
Avtomobillərin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə plyonka çəkilməsinə icazə verilir. Burada sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisnadir.
Qabaq alın şüşənin yuxarı hissəsinə isə hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Örtüklərin isə torşəkilli olmasına icazə verilir.
Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə isə icazə verilmir. Bu qaydaları pozan sürücülər inzibati qaydada 150 manat məbləğində cərimə olunacaqlar.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












