“Nissan” Çindəki istehsalına 1,4 milyard dollar sərmayə yatıracaq

Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” 2026-cı ilin sonunadək Çində istehsalının inkişafına əlavə olaraq 10 milyard yuan (1,4 milyard dollar) sərmayə yatırmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, kompaniyanın Çindəki nümayəndəsi Stiven Ma bu barədə Şanxay avtosalonunda keçirilən mətbuat konfransında deyib. “Çin çox sürətlə inkişaf edir və biz burada qalıb rəqabət aparmaq istəyirik”, - deyə Stiven Ma bildirib.
Onun sözlərinə görə, “Nissan” elektrik avtomobillərinin istehsal imkanlarını inkişaf etdirmək üçün Çinin yüksəkrəqabətli avtomobil bazarına münbit zəmin kimi baxır. Kompaniya mövqeyini bərpa etmək üçün bu sahəni son dərəcə vacib hesab edir.
“Nissan” Şanxay avtosalonunda iki yeni modelini - hibrid texnologiyalı “Frontier Pro” pikapını və “Dongfeng Nissan N7” elektrik sedanının yenilənmiş versiyasını təqdim edib. Kompaniya, həmçinin 2027-ci ilin ortalarınadək Çində 10 yeni avtomobil modelinin istehsalına başlamaq niyyətində olduğunu açıqlayıb.
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












