ADB Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılmasının dəyərini açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan hökuməti "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinə ümumilikdə 60,52 milyon ABŞ dolları investisiya yatıracaq.
Avtosfer.az ADB-yə istinadən xəbər verir ki, bu məbləğin 47 milyon ABŞ dolları bankın krediti, 13,52 milyon ABŞ dolları isə Azərbaycanın milli töhfəsi təşkil edir.
Layihənin icrasının 2028-ci ilin sonuna qədər tamamlanması gözlənilir.
ADB əlavə təkmilləşdirmə ehtiyacı yaranarsa, layihənin dəyərinin artırılması ehtimalını istisna etmir.
Layihənin məqsədi ölkənin dəmir yolu sisteminin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına diqqət yetirməklə ADY-nin əsas proseslərinin rəqəmsallaşdırılmasıdır. Bu, daşımaların idarə edilməsi, aktivlər, investisiya planlaması, müştəri məlumatlarının emalı və korporativ funksiyalara rəqəmsal həllərin tətbiqini əhatə edir.
ADB hesab edir ki, rəqəmsallaşdırma əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılmasında və Azərbaycanın tranzit potensialının açılmasında mühüm rol oynayır. Proqnozlara görə, layihə məlumatların və aktivlərin idarə edilməsini optimallaşdıraq. Bunun isə öz növbəsində ADY-nin əməliyyat və maliyyə göstəricilərinə müsbət təsir edəcəyi gözlənilir.
Azərbaycanın dəmir yolu xətləri regionu kəsib keçən altı əsas iqtisadi və ticarət dəhlizindən ikisi olan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) 2-ci və 6-cı dəhlizlərində strateji həlqədir. Layihə dəmir yolu və multimodal infrastrukturun təkmilləşdirilməsinə, dəmir yollarının kommersiyalaşdırılması və islahatlarına yönəlmiş CAREC Nəqliyyat Strategiyası 2030 və CAREC Dəmir Yolu Strategiyası 2017-2030 ilə uyğunlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ












