Avtomobil nəhəngindən şok hərəkət: Sürücülərin məlumatları ifşa edildi

“Volkswagen Group”da proqram təminatında yaranan müəmmalı vəziyyət sürücülərin şəxsi məlumatlarının internetə sızmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, “Volkswagen Groupun”-un proqram təminatçısı “Cariad”dakı təhlükəsizlik boşluğu 800 min elektromobil və sürücünün məlumatlarının internetdə yayılmasına gətirib çıxarıb.
Hadisə nəticəsində 800 min elektromobil sahibinin adını, ünvanları və digər şəxsi məlumatlarına da daxil olduğu bildirilib.
“Cariad”ın sözcüsü Avropanın ən böyük haker icmalarından birinə və Almaniyanın “Der Spiegel” jurnalına sistemdəki boşluq barədə məlumat verib. Araşdırmadan sonra 460 min avtomobilin məkan məlumatının onlayn formada əldə edildiyi müəyyənləşib.

Sızdırılanlar arasında Hamburq Polis Departamentinə, bəzi siyasətçilərə, biznesmenlərin və Ramstein Hava Bazasındakı ABŞ Hərbi Hava Qüvvələrinin sürücülərinə aid 35 elektromobil avtomobilinin də məlumatları var.
“Chaos Computer Club” haker qrupunun xəbərdarlığından sonra “Cariad” sözügedən təhlükəsizlik boşluğunun yanlış konfiqurasiya səbəbiylə meydana gəldiyini və problemin tez bir zamanda aradan qaldırıldığını bildirib.
Eltac Zülfüqaroğlu
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












