"AZAL və “Azərbaycan Dəmir Yolları” üçün bu il vacib il olacaq" - Rəşad Nəbiyev

“Bu il həm “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün, həm də Azərbaycan Dəmir Yolları “QSC üçün vacib il olacaq".
Aznews.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İctimai TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu şirkətlərdə transformasiya ofislərinin yaradılması planlaşdırılır.
Nazir bildirib ki, artıq yanvardan etibarən bu işlər planlaşdırılacaq: "Əhalini ən çox maraqlandıran suallardan biri “Azərbaycan Hava Yolları”nın, eyni zamanda “Azərbaycan Dəmir Yolları”nın effektiv işləmələridir. Qeyd edim ki, xarici məsləhətçi şirkətlər tərəfindən həmin qurumların növbəti beş il üçün strategiyaları və strategiyalarından irəli gələrək Tədbirlər Planı hazırlanıb. Transformasiya ofisinin əsas vəzifəsi bu strategiyaya uyğun olaraq fəaliyyətin təmin edilməsidir”.
Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın, həmçinin, “Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının sədridir.
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












