Banner

İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR

Gündəm 22 Sentyabr 2026 19:01
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi ilə əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aviaşirkətlərə qarşı tətbiq edilən sanksiyalar nəzərə alınaraq, İran aviaşirkətlərinin Azərbaycana həyata keçirdiyi reyslərin 22 sentyabr 2026-cı il tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib.

***

İndiyədək Türkiyə, Azərbaycan və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf şəhərlərinə uçuşlarının dayandırılması və ya təxirə salınması ilə bağlı heç bir rəsmi bildiriş almamışıq.

Avtosfer.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin (“İran Air”) açıqlamasında bildirilib.

Aviaşirkət həmçinin vurğulayıb ki, rəsmi bildiriş alındıqdan sonra uçuş cədvəlində hansısa dəyişiklik baş verərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi kanalları vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşların dayandırılacağını bildirmişdi. Bessentin açıqlamasından sonra bir sıra ölkələrin İrana uçuşları dayandırması barədə mediada məlumat yayılıb.

Oxunub : 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh